Pan-Amerika kubokunun qalibi okeanın o tayında “Bir Azərbaycanlı”nı təqdim etdi

Braziliya voleybol yığmasının keçmiş üzvü, hazırda San-Paulunun “Bauru” klubunu təmsil edən Suelle Oliveyra, ölkəsində milli idman brendi “İl’Azero”nu təqdim edib. Allsport.az saytının məlumatına görə, 33 yaşlı spiker Polşada istehsal olunan geyim dəstinin oturuşuna, tərtibatına və keyfiyyətinə heyran qalıb.

Adıçəkilən klubda keçmiş yığma üzvü Polina Rəhimova (Azərbaycan), eləcədə ölkəmizdə çıxış etmiş Dobriana Rabaciyeva (Bolqarıstan) və Brenda Kastilyu (Dominikan Respublikası) yer alıblar. 

Şirkətin rəhbəri, yeganə beynəlxalq azərbaycanlı voleybol agenti İlqar İmamquliyevdir. Yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr olunub və öncədən bəyan edildiyi kimi, dəstlər tam pulsuz çatdırır.

Возможно, это изображение (2 человека, люди стоят, одежда для спорта и активного отдыха и текст)

Həmin kateqoriyadan