Millimizin voleybolçu: “Panatinaikos” 11 ildir ki, çempion adını qazana bilmirdi

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko “Panatinaikos” klubu ilə Yunanıstan çempionu olub. Allsport.az saytı xəbər verir ki, hücumçu 11 ildən sonra qazanılan bu qələbə ilə bağlı təəssüratını bölüşüb: “Yunanıstan çempionu titulunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 11 ildir ki, çempion adını qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu.

Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm. Ümumiyyətlə, çempionatımız çox maraqlı oldu. Qızıl medal qazanmaq üçün çox çalışdıq. Final seriyasında “Olimpiakos” klubu ilə 5 dəfə qarşılaşdıq.

2:2 hesablı bərabərlikdən sonra 5-ci matçda 3:1 hesabı ilə qalib gəldik. Uzun müddətdən sonra “Panatinaikos” ölkə çempionu titulunu qazandı. Bu gözəl qələbə münasibəti ilə komanda yoldaşlarımı və klubumuzun bütün əməkdaşlarını təbrik edirəm”.

Возможно, это изображение 6 человек

Həmin kateqoriyadan