Paralimpiyaçılar gimnaziadada iştirak edəcəklər

Aprelin 4-dən 14-dək Serbiyada İSF U15 gimnaziada idman oyunları keçiriləcək.

Allsport.az xəbər verir ki, multi-idman yarışında paraüzgüçülük və parabadminton idman növləri üzrə paralimpiyaçılar da çıxış edəcək.

Yarışda oğlan paraüzgüçülərdən Murad Məmmədov, Hüseyn Babayev, Səlim Məmmədov, Kənan Sadıqzadə və Rəsul Süleymanov, qızlardan isə Mələk Hacınskaya mübarizə aparacaq.

Parabadmintonçulardan oğlanlar arasında Əli Məhərrəmov və İlkin Bağırzadə, qızlardan isə Ayan Əliyeva, Nigar Mehdiyeva ilə Zəhra Salmanlı yarışacaq.

Paralimpiyaçılar yarışda paraüzgüçülük üzrə məşqçilər Faiq Əsgərov, Anar Məmmədov və Əli Şirinov, parabadmintonda isə baş məşqçi Teymur Abbasov və Kərim Musayevin müşaiyəti ilə iştirak edəcək.

Oyunların açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.

Həmin kateqoriyadan

azenrutr