- Baxış sayı: 46
- 10 Aprel 2025 20:43
- Baxış sayı: 61
- Aprel 14, 2025
- 0
Azərbaycanda səfərdə olan beynəlxalq karlar idman komitəsinin (İCSD) prezidenti Adam Kosa və Avropa karlar idman təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə milli paralimpiya komitəsinin (MPK) rəhbərliyi arasında görüş keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə MPK-nın prezidenti Hidayət Abdullayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım, mətbuat katibi Fərid Qarazadə, Adam Kosa və onun köməkçisi Kristina Horvat, İosif Stavrakakis, EDSO-nun idarə heyətinin üzvü Burcu Pişkin, Azərbaycan deflimpiya komitəsinin idarə heyətinin prezidenti Anar Bayramov və komitənin baş katibi Namiq Novruzov iştirak ediblər.
Görüşdə Azərbaycan deflimpiya komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək müzakirə olunub.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə ediblər.