Paytaxtda cüdoçuların “Böyük dəbilqə”si başladı

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə onun adını daşıyan idman sarayında cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürdü. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 kimono ustası mübarizə aparacaq. Azərbaycan millisi 43 nəfərlə (28 kişi, 15 qadın) təmsil olunacaq.

Kişilərin rəqabətində Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı – 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov (+100 kq) ölkəmizin idman şərəfini qoruyacaqlar.

Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxtsedev, Larisa Florian (57 kq), Nuriyyə Axundova, Diana Şoronova (63 kq), Günel Həsənli, Aidə Baxışova (70 kq), İrina Kindzerska (+78 kq) çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Həmin kateqoriyadan