Pol və Coşua üz-üzə

“Netflix” bloqçu Ceyk Pol və ağır çəkidə sabiq dünya çempionu Entoni Coşua arasında gözlənilən boks duelini rəsmən təsdiqləyib. 

Allsport.az xəbər verir ki, döyüş dekabrın 19-da Mayamidəki “Kaseya mərkəzi” (Kaseya Center) arenasından canlı yayımlanacaq. Entoni Coşua (28-4) üçün bu, 2024-cü ilin sentyabrında Daniel Dübuadan aldığı nokautdan sonra ilk döyüş olacaq. 

Ceyk Pol (12-1) isə yayda Xulio Sezar Çaves üzərində qələbədən sonra rinqə qayıdır.

Həmin kateqoriyadan