- Baxış sayı: 49
- 25 Mart 2026 17:33
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Paralimpiyaçı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FİS paradağ xizəyi turnirində mübarizə aparıb.
Allsport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə çıxış edən idmançı ilkin mərhələni 1:26.69 nəticə ilə öz kateqoriyasında ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan Rzayev yarışı öz kateqoriyasında ikinci pillədə, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü olaraq bitirib.