- Baxış sayı: 35
- 16 Mart 2026 19:58
- Baxış sayı: 182
- Mart 16, 2026
- 0

Kişi boksçulardan ibarət Azərbaycan yığması Polşaya yollanıb.
Allsport.az xəbər verir ki, komandamız noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.
Boksçularımız Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq. Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) fürsət verəcəklər.
Millimiz Bakıya noyabrın 18-də qayıdacaq.