- Baxış sayı: 37
- 22 Mart 2026 15:09
- Baxış sayı: 131
- Mart 22, 2026
- 0

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba çempionlar liqasının pley-off mərhələsində iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi 32 yaşlı fransalı futbolçunu turnirin iştirakçı siyahısından çıxarmaq qərarına gəlib.
Buna səbəb oyunçunun səhhətindəki problemlər və bərpa müddətinin qeyri-müəyyən olmasıdır.
2025-ci ilin yayında “Monako”ya transfer olunan Poqba cari mövsümdə cəmi 3 oyunda meydana çıxıb. Hazırda baldır sümüyündən aldığı zədəni sağaltmaqla məşğul olan futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı məlum deyil.
“Monako” çempionlar liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu fevralın 17-də PSJ-yə qarşı keçirəcək.