YENİLƏNİB
“Qəbələ” yenə də uduzdu

Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq. Turun açılış oyununda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Simurq”la “Qəbələ” qarşılaşıb.

Zaqatalada keçirilən oyuna maraq böyük idi. Bu mövsüm Zaqatalada keçirilmiş ilk oyunda “Qəbələ” 2:1 hesabıyla üstün olmuşdu. “Simurq” da ikinci dövrədə Qəbələdə 3:2 hesabıyla qalib gəlmişdi. Bu dəfə hansı nəticənin qeydə alınacağı maraqla gözlənilirdi. Zaqatala təmsilçisi doğma meydanda rəqibini inamlı qələbə ilə yenib.

Topaz Premyer Liqası
21-ci tur
10 fevral

“Simurq” – “Qəbələ” – 2:0 (2:0)
Qollar: D.Çeran, 25 (1:0). D.Çeran, 45+3-pen. (2:0).
Qırmızı vərəqə: D.Bezotosnı, 45+1.
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran,18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: George Çixradze.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Victor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 10. Dodo, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: 11 fevral – 14:00. “Bakı” – “Sumqayıt”, 15:00. AzAL – “Qarabağ”, 16:00. “Neftçi” – “Xəzər Lənkəran”.

Bombardir:
10 – Nurlan Novruzov (“Bakı”).

Həmin kateqoriyadan