Pyer Jaki: Azərbaycan millisi ilə oyunda səhvlərə yol verdik

Fransa yığmasının baş məşqçisi Pyer Jaki Sloveniya paytaxtı Lüblyanada Avropa çempionatının final mərhələsində Azərbaycan futzalşılarına qarşı keçirdikləri oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 3:5 hesablı yenilgiyə belə şərh verib:

“İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu, inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb.

İspaniya – Azərbaycan oyununu nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millisi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.

Həmin kateqoriyadan