“Qəbələ”də yeni himayəçi

“Qəbələ” idman klubu və “Kəhriz su” arasında tərəfdaşlıq müqaviləsi uzadılıb. Allsport.az saytı xəbər verir ki, şirkət qarşıdakı mövsümdə də “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq. Tərəflər arasında yeni razılaşma 2024-2025-ci illər mövsümünü əhatə edir.

“Kəhriz su” bu müddətdə komandalarımızı içməli su ilə təmin edəcək. “Qəbələ”nin əsas komandasının oyun geyimlərinin arxa hissəsində şirkətin rəmzi əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz su” təbliğat lövhələri yer alacaq.

Həmin kateqoriyadan