Qələbəqiyev dünya reytinqinin 12-cisidir

26-30 martda Fransanın Puy- Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında xizək alpinizmi üzrə dünya kubokunun final mərhələsində Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov iştirak ediblər.

Allsport.az xəbər verir ki, Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında
7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.

Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.

Həmin kateqoriyadan

azenrutr