Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək

Allsport.az xəbər verir ki, Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq.

Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.

Həmin kateqoriyadan