Qadın karateçilərimiz tarixində ilk dəfə komandalararası Avropa çempionatının qalibi oldu

İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadın karate millimiz Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında tarixində ilk dəfə komanda yarışında qızıl medal qazanıb. Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun allsport.az saytına verdiyi açıqlamada deyib ki, yığmamız ilk görüşdə Portuqaliyanı (7:1), sonra Rusiyanı (8:5) və ardından Finlandiyanı 6:3 hesabı ilə məğlub edərək, yarımfinala çıxdılar.

Gərgin  görüşdə komandamızın rəqibi güclü Türkiyə idmançıları oldu. Bu mərhələdə əzmkar mübarizə nümayş etdirən karateçilərimiz hesabda geri olsala da, nəticədə 7:4 hesablı qələbə ilə finala çıxdılar. Həlledici rəqabətdə bizi qitənin ən güclü və titullu komandalarından biri, Xorvatiya gözləyib. Qızıl medalın taleyi bu gün məlum olub. Hesab 11 bitib. Millimiz xal hesabında üstün olub.

Həmin kateqoriyadan