- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybol millisi Avropa çempionatının təsnifatında “D” qrupunda sonuncu oyunda Avsrtiyada meydan sahibələrinə qalib gəlib – 3:1 (25:14, 25:20, 23:25, 25:15).
Allsport.az saytı xəbər verir ki, bununla da Azərbaycan ardıcıl 10-cu dəfə final mərhələsində çıxış edəcək. Bu ənənəni Avro-2005-də başlayan komandamız, 2 dəfə turnirin yarımfinalçısı olaraq, sonda 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan Avro-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.