- Baxış sayı: 42
- 17 Dekabr 2025 10:00
- Baxış sayı: 88
- Dekabr 17, 2025
- 0

Martın 17-də Azərbaycan voleybol federasiyasında Novruz bayramına həsr etdiyi “Bahar” kubokuna start veriləcək. Allsport.az saytı xəbər verir ki, qadınlar arasında təşkil olunacaq yarışda super liqanın iştirakçıları çıxış edəcəklər.
Kubok oyunları 2 gün davam edəcək. Püşkə əsasən yarış “Azərreyl” – “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca saat 16:00-da isə “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, 1-ci gün qalib gələn komandalar 1-ci yer uğrunda, məğlub komandalar isə 3-cü yer mübarizə aparacaq. Hər 2 matç martın 18-də keçiriləcək.
“Bahar” kubokunun oyunları federasiyanın idman zalında olacaq.