Qadın voleybolçuların təlim-məşqinin günü dəqiqləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşqinin günü dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, toplanışa startla bağlı yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya yığılmaq barədə qərar qəbul edilib.

Yığıncaqda 5-ci İslam oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənib və oyunçuların hazırkı vəziyyətindən danışılıb.Eldar Yusubov bildirib ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq. İlkin mərhələ Bakıda və bölgələrimizdə, ikinci mərhələ isə ölkə xaricində keçiriləcək.

Paytaxtda təşkil olunacaq hazırlıq “Murov” voleybol klubunun, Azərbaycan Voleybol Federasiyasının idman zallarında və Bakı su idmanı sarayında baş tutacaq. Sonra məşqçilər, həkimlər və voleybolçular komandanın lazımı formanı yığması üçün öz fikirlərini bildiriblər.

Voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında “D” qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam həmrəyliyi oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

Həmin kateqoriyadan