- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra qolun müəllifi Qalo azfutzal.az-a müsahibə verib. Allsport.az milli üzvünün müsahibəsini təqdim edir:
– Oyunla bağlı hansı məqamları qeyd edərdin..
– Bilirdik ki, Slovakiya yığması güclü rəqibdir. Onlarla Bakıdakı oyunumuz da çətin keçmişdi. Üstəlik, bizimlə oyuna daha yaxşı hazırlaşmışdılar. Qələbə qazanmaq istəyirdilər.
– Qrupda keçirdiyimiz 5 oyundan hansını daha ağır hesab edirsən?
– Slovakiya ilə hər iki oyunumuz çətin keçdi. Bakıda onlarla qarşılaşma ilə start verdik qrup mərhələsinə. Onda əksər oyunçularımız uzun müddət idi zalda məşq keçmirdi. Bu dəfə isə 4 vacib oyunçumuz bizimlə deyildi. Zədə onlara Slovakiyaya gəlməyə imkan vermədi. Nəticədə növbəti ağır oyunumuza çıxdıq. Şükür ki, oyunu xalsız yekunlaşdırmadıq.
– Sona 30 saniyə qalmış qol vuran Qalo matçdan sonra özünü necə hiss edir?
– Qolu mən vurdum, özü də sona saniyələr qalmış. Amma futzal kollektiv oyundur. Elə qolu da kollektiv şəkildə vurduq. Ramiz Fineoya ötürmə verdi, o da Edunu gördü və yekunda rəqib qapısına yol tapdıq. Görürsüz, mən təkbaşına heç nə edə bilməzdim. Bir qolun vurulması üçün görün neçə nəfər zəhmət çəkir. Ona görə də qazansaq da, itirsək də, bu kollektivin zəhmətidir.
– Oyunun gedişində zədələndin və meydanı tərk etdin. Zədən ciddidirmi?
– Xeyr, heç bir zədəm yoxdu. O da bir taktiki gediş idi. Həqiqətən çox yorulmuşdum. Ona görə əvəzlənməyimi istədim. Bir qədər dincəldim və sonra meydandakı yerimi aldım. Yaxşı ki, zədəm yoxdur (gülür).
– Son oyunda Yunanıstan millisi ilə qarşılaşacaqsız. Motivasiya varmı?
– Hər oyunda maksimum nəticə qazanmaq üçün bizim motivasiyamız var. Qələbə ilə başlamışıq, elə qələbə ilə də yekunlaşdırmalıyıq. Bu özü bir motivasiyadır. Üstəlik, doğma meydanda oynayacağıq. Qələbəmiz bizə həm də reytinq xalları qazandıracaq.