- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-c; turunun oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi – son çempion “Qarabağ” da Avroliqanın qrup mərhələsində növbəti oyununu keçirdi. Ağdam klubu Bakıda İtaliya “İnter”i ilə qarşılaşdı və əslində qalib gəldiyi oyundan qolsuz heç-heçə ilə ayrılmış oldu – 0:0. Təmsilçimizin bu heç-heçəsi ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Ağdamlılar Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldu.
Hazırda UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.500 reytinq xalı var ki, onun da 3.625 xalı cari mövsümdə qazanılıb. Bunun 2.250 xalı “Qarabağ”ın, 0.750 xalı “İnter”in, qalan 0.625 xalı isə “Neftçi”nin sayəsində əldə olunub.
Onu da əlavə edək ki, “Qarabağ”ın qrup mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.500 reytinq xalı qazandırırdı. Heç-heçə isə 0.250 xal verirdi.