- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Qarabağ”ın sabiq hücumçusu İnnosent Emeqaranın yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, o, bundan sonra ABŞ çempionatında mübarizə aparacaq.
Emeqara “San-Xose Ertkeyks” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, İnnosent ötən ilin sonlarında “Qarabağ”a transfer olsa da, cəmi 8 çempionat oyununda meydana çıxmış və 5 qola imza atmışdı.