- Baxış sayı: 74
- 02 Dekabr 2025 16:20
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, 7 gün davam edək yarışda Azərbaycan yığması 11 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) imkan verəcək.
Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.
Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.
Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.