- Baxış sayı: 212
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Gələn il keçiriləcək qadın və kişi voleybolçular arasında Avropa çempionatlarının loqoları təqdim olunub. Allsport.az xəbər verir ki, Avropa voleybol konfederasiyası loqolarda çempionata ev sahibliyi edəcək ölkələrin bayraqlarının rənginə yer verib.
Polşa, Çexiya, Estoniya və Finlandiya kişilərin, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya isə qadınların yarışını qəbul edəcək.
Qadın voleybolçulardan ibarət millimiz turnirin final mərhələsində mübarizə aparacaq.