- Baxış sayı: 231
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Antalyada qılıncoynadanların Avropa birinciliyinin 3-cü günündə Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət yeniyetmə qız sablyaçılar 11-ci olub.
Allsport.az saytı xəbər verir ki, ilk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan millimiz, 9-16-cı yerlər uğrunda İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalılara 37:45 hesabı ilə məğlub olublar. Bizimkilər 11-ci yer üçün qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.
Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komandamız isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq, turniri 18-ci sırada başa vurub.