- Baxış sayı: 54
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

AFFA-nın təşkilatçılığı ilə 19-20 apreldə Qaxda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.
Allsport.az xəbər verir ki, Qax olimpiya idman kompleksində təşkil olunacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 qızlar liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.