Qızlardan ibarət komanda 11-ci oldu

Antalyada keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinin üçüncü günündə yeniyetmə qız sablyaçıların və yeniyetmə oğlan şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.

Allsport.az xəbər verir ki, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə komanda Avropa çempionatında 11-ci olub.

İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan Azərbaycan sablyaçıları 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniya seçmə kollektivinə 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Sablya üzrə qızlardan ibarət komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.

Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.

Həmin kateqoriyadan

azenrutr