Qoretska “Arsenal” yolunda

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərədə davam etdirə bilər.

Allspoty.az xəbər verir ki, müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu Münhen klubundan ayrılmaq qərarını artıq rəsmiləşdirib.

Yayda azad agent statusu alacaq almaniyalı oyunçu üçün əsas namizəd Londonun “Arsenal” klubudur. Qoretska özü də karyerasını “topçular”ın heyətində davam etdirməyə müsbət yanaşır.

Cari mövsümdə “Bavariya”nın heyətində 28 matça çıxan yarımmüdafiəçinin transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan