Qriqorçuk: “Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldır”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu gün pis oynadıq. Qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldır. Bizim hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan