Qrizmann “Orlando Siti” ilə müqavilə imzalayacaq

“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, tərəflər arasında artıq şifahi razılıq əldə olunub.

Məlumata görə, 35 yaşlı fransalı ulduz iyuldan etibarən MLS təmsilçisi “Orlando Siti”yə azad agent statusu ilə qoşulacaq.

Antuan ABŞ klubu ilə 2+1 illik müqavilə imzalayacağı gözlənilir. O, “Real Madrid”lə matçdan (2:3) sonra yaranan qısa fasilədən istifadə edərək müqavilə detallarını yekunlaşdırmaq üçün Orlandoya yola düşəcək. Bu səfər “Atletiko” rəhbərliyi ilə razılaşdırılıb.

Həmin kateqoriyadan