- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün canlı şahidi olduq ki, AzAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AzAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan Əhmədov yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AzAL ən azından avrokuboklarda iştirak etsin”.