- Baxış sayı: 36
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 115
- Yanvar 25, 2026
- 0

Dekabrın 5-dən 7-dək Qarabağ zəfərinin 5-ci ildönümü çərçivəsində gənclər və idman nazirliyi tərəfindən Bakı mühəndislik universitetinin tələbələri üçün Qusar olimpiya idman kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
Allsport.az saytı xəbər verir ki, 113 nəfərin iştirakı ilə baş tutan düşərgədə 3 gün ərzində gənclər proqram çərçivəsində “Canavarlar”, “Aslanlar”, “Mübarizlər”, “İgidlər”, “Əqrəblər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar.
Düşərgədə Qarabağ döyüşçülərinin ocaq ətrafında gənclərlə görüşü, “Məclisi-Üns” bədii proqramı, həmçinin “Kahoot” intellektual oyunu da təşkil olunub.