Rəna Əliyeva: Topun qəbulunda oyunumuz alınmadı

AVF-in idman zalında qadın voleybolçuların super liqasının 10-cu turunda UNEC çempionatın lideri “Abşeron”a 0:3 yenildi. “Tələbələr”in hücümçusu Rəna Əliyeva yenilgini allsport.az saytına belə izah etdi:

“”Abşeron Azərbaycan çempionatının ən güclü komandasıdır. Bildiyiniz kimi, bütün oyunlarda qalib gəlib. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq, lakin qızlarımız zədəli olduğu üçün qəbulda oyunumuz alınmadı.

Müdafiədə çöx zəif idik. Bir hücümçu kimi nəticədən razı qalmadım. Zədəli olduğum üçün istədiyim oyunu görsədə bilmədim. Bundan sonrakı qarşılaşmalarda yaxşı çıxış etməyə çalışacağam”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan