- Baxış sayı: 57
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 102
- Fevral 08, 2026
- 0

AFFA intizam komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.
Allsport.az xəbər verir ki, buna səbəb onun yüksək liqanın 4-cü turunda “Rekord klub”a qarşı oyundakı təcavüzkar davranışı olub.
Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.
Qeyd edək ki, görüş muxtar respublika təmsilçisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.