- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

AVF-in idman zalında qadın voleybolçuların super liqasının 10-cu turunda “Abşeron” növbəti qələbəsini UNEC üzərində qazandı (3:0). Eldar Yusubovun komandası yenilgisiz irəliləməkdə davam edir. Klubun toppaylacısı Rəziyyə Əliyeva oyundan sonra allsport.az saytına açıqlama verdi:
“Mən çox xoşbəxtəm ki, biz 30 xal ilə liderik. Növbəti qarşılaşmalara da bu cür yüksək ovqatda hazırlaşacağıq. Çempionluğu öncədən təmin etmişik. Bunu rəsmiləşdirməyə 2 tur qalıb. Artıq çempionluğu hiss edirəm”.
Aynur MEHDİYEVA