- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dünən kişi voleybolçuların yüksək liqasının 5-ci turunda “Neftçi İdman Klubu” debütant “Xarı bülbül”ə 3:1 qalib gəlib. İlk oyunda ölkə kubokunun son qalibi Şuşa təmsilçisinə 0:3 uduzmuşdu. Komandanın blokçusu Ramazan Ağabəyov allsport.az saytına 2 oyunu belə müqayisə edib:
“İlk oyunda komanda tam yığılmadı. Özüm daxil, bəzi uşaqlar zədəli-zədəli oynadı. Sonra səhvlərimizi təhlil etdik və vahid komanda şəklində oynadıq. Matçboyu bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.