Rauf Ananda, Şəhriyar Uesli Soya qarşı

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində 6-cı tura start verilib. Allsport.az xəbər verir ki, bu gün şahmatçılarımızdan Rauf Məmmədov Vişvanatan Anandla, Şəhriyar Məmmədyarov isə Uesli So ilə qarşılaşır.

“Synergy Group”un təşkil etdiyi turnirdən fotoları təqdim edirik.

23 aprel
6-cı tur

Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791)
Maykl Adams (İngiltərə, 2746) – Maksim Vaşye-Laqrav (Fransa, 2716)
Aniş Qiri (Hollandiya, 2790) – Maqnus Karlsen (Norveç, 2863)
Vladimir Kramnik (Rusiya, 2783) – Fabiano Karuana (İtaliya, 2802)
Uesli So (ABŞ, 2788) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756)

Turnir cədvəli: Karlsen – 4 xal; So – 3,5; Anand – 3; Məmmədyarov, Kramnik – 2,5; Vaşye-Laqrav, Karuana, Qiri, Məmmədov – 2, Adams – 1,5.

Həmin kateqoriyadan