- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rio Paralimpiya oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 2 cüdoçumuz tatamiyə çıxıb. İlk mərhələdən azad olan Bayram Mustafayev ( 66 kq) 1/4 finalda yerli Halison Oliveyranı, sonra yaponiyalı Satoşi Fujimotonu məyus edib.
Finalda özbəkistanlı Utkircan Niqmatova uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. Ramin İbrahimov (60 kq) 5-ci yeri tutub.