- Baxış sayı: 50
- 18 Aprel 2025 16:16
- Baxış sayı: 69
- Aprel 24, 2025
- 0
Bu gün Azərbaycan millisi doğma divarlar arasında dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda Niderland futzalçıları ilə cavab matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, ilk oyunda səfərdə 5:1 qalib gələn «ay-ulduzlular»ımız, Bakıda güclü rəqiblə 4:4 heç-heçə edərək tarixi uğura yetişib.
Millimizin kapitanı Rizvan Fərzəliyev açıqlamasında deyib ki, qələbədə hamının payı var: «Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün onlar bizi tək qoymadılar. Qələbəni Azərbaycan ordusuna həsr edirik. Evdə də qalib gəlmək istəyirdik. Hesabda üstünlüyümüz vardı, əldən verdik. Amma heç-heçə də bizi final mərhələsinə daşıdı».