- Baxış sayı: 7
- 09 Fevral 2026 17:57
- Baxış sayı: 178
- Fevral 08, 2026
- 0

“Əl-Nəsr”dəki gələcəyi sual altında olan Kriştianu Ronaldunun “Mançester Yunayted”ə qayıtmaq ehtimalı boşa çıxıb.
Allsport.az xəbər verir ki, İngiltərə klubu portuqaliyalı ulduzun geri qayıtmasında maraqlı deyil.
Ronaldu Səudiyyə Ərəbistanı müstəqil fondunun (PİF) klub idarəçiliyindən narazı olduğu üçün “Əl-Nəsr”in son iki matçını buraxıb. Həmçinin onun maaş borcları ödənilməyəcəyi təqdirdə meydana çıxmaqdan imtina etdiyi bildirilir.
Kriştianu Ronaldu daha əvvəl 2003–2009 və 2021–2022-ci illərdə “qırmızı şeytanlar”ın köynəyini geyinib.