- Baxış sayı: 28
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
“Araz-Naxçıvan” klubu futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsində 2-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, “B” yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın “Yunayted Qalati” komandası ilə üz-üzə gəlib.
Ukraynanın İvano-Frankovsk şəhərindəki peşəkar bədən tərbiyə kollecinin zalında oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
“Araz-Naxçıvan”ın qollarını David Qustavo (2), Maneka, Murilo Borges və Felipinyo, “Yunayted Qalati”nin hər üç qolunu isə Daniel Araujo vurub. 35-ci dəqiqədə rəqibin heyətində Octavian Çires qırmızı vərəqə alıb.
İlk görüşdə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun “Ligeni” komandasına qarşı keçirəcək.
Çempionlar Zliqası, əsas mərhələ
“B” yolu, 6-cı qrup
II tur
“Araz-Naxçıvan” (Azərbaycan) – “Yunayted Qalati” (Rumıniya) – 5:3
Qollar: David Qustavo, 3:30; 35:38. Maneka, 5:20. Murilo Borges, 19:43; Felipinyo, 36:50 – Daniel Araujo, 6:58; 16:48; 36:37
Baş hakim: Deyan Veseliç (Sloveniya)