- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə” başlayıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz də iştirak edir. İlk gündə bizdən 1 mükafat qazanılıb.
73 kq-da komandanın öncülü Rüstəm Orucov finala qədər itkisiz irəliləyib. Həlledici tutaşmada yaponiyalı Oni Şohoyə uduzan idmançımız gümüş medalla kifayətlənib. Bu çəkidə Hidayət Heydərov 1-ci qarşılaşmada yarışın gələcək qalibinə yenilib.
60 kq-da Vüqar Şirinli 7-ci yer tutub. Orxan Səfərov cəmi 1 görüşdə qalib gəlib, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq) və Fəqan Quluzadə (81 kq) ilkin mərhələdə çıxışını dayandırıblar.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.