- Baxış sayı: 31
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycanın daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.
O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.