“Sərhədçi” və “Azərreyl”in voleybolçuları ön cəbhədə hərbi xidmətlərini davam etdirir

2-ci Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı ordumuzun sıralarında voleybolçularımız da olub. Allsport.az saytı xəbər verir ki, son mövsümü “Sərhədçi” komandasında oynayan 25 yaşlı ehtiyatda olan leytenant Rafiq Rəhmətov 21 sentyabrdan Vətənin keşiyindədir.

Masallıda doğulan voleybolçu öncə təlimlərə qatılıb, ardınca – sentyabrın 27-dən döyüşlərə iştirak edib. Topçumuz xidmətini davam etdirir. O, Cəbrayıl, Hadrut və Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib. Leytenant kimi ordumuza qoşulan Rafiq 2016-cı il aprel döyüşlərində də iştirak edib.

“Azərreyl”in 21 yaşlı üzvü Niyazi Əzimov da hələ Qarabağda xidmətini davam etdirir. 21 sentyabrda təlimlərə qoşulan voleybolçu ardınca aktiv döyüşlərə iştirak edib. O, 2-ci Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, düşmənin torpağımızdan qovulmasında öz bacarığını nümayiş etdirib.

Həmin kateqoriyadan