- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” voleybol klubunun prezidenti təyin olunan Firdovsi Umudovun təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib. O bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib: “Bu gün Firdovsi Umudov “Sərhədçi” voleybol klubunun prezidenti təyin edildi. DSX rəisi, general-polkovnik Elçin Quliyevlə Azərbaycan voleybol federasiyasının prezidenti Cavid Qurbanov arasındakı müzakirələrdən sonra belə qərar verildi ki, “Sərhədçi” voleybol klubu Azərbaycan çempionatlarında mübarizə aparsın.
DSX-nin rəisi Elçin Quliyevlə də Firdovsi Umudovun klub prezidenti olmasını müzakirə etdik və o, bunun yaxşı təyinat olduğunu bildirdi. Firdovsi Umudov idmana yad adam deyil. Hər zaman hər probleminizi ona deyə bilərsiniz. O, daim sizin yanınızda olacaq. Bizim məqsədimiz gənc idmançılara dəstək olmaq, onları yetişdirib ölkəyə idmançı bəxş etməkdir. “Sərhədçi” daim ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.
Sözü gedən şəxs “Sərhədçi” olimpiya idman kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenantdır.