- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Şaban Donat komandamızın Avropa oyunlarında çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis əsas diqqətin Qzaxıstanda keçiriləcək dünya çempionatı olduğunu söyləyib:
“Bizim üçün bu il ən önəmli yarış dünya çempionatıdır. Bütün gücümüzü lisenziya xarakterli mundial üçün səfərbər edəcəyik. Avropa Oyunlarında isə bəzi gənc güləşçilərimizi sınaqdan keçirdik. Üç medal da qazana bilərdik.
Ancaq medal ümidimiz Kərim Cəfərov gəncdir və hələ təcrübəsini artırmalıdır. Bu yarışlar da məhz bunun üçündür. Güləşçiləri belə turnirlərdə sınaqdan keçirərək əsas heyəti formalaşdırırıq. Dünya çempionatına 2 ay qalıb. Bu yarışa yaxşı hazırlaşıb, Olimpiadaya maksimum sayda lisenziya qazanmağa çalışacağıq”.