Sadıq Sadıqov: Tərtibat gənclər və idman nazirimizin çox xoşuna gəldi

“”Böyük dəbilqə” yüksək səviyyədə keçdi. Yarışda 57 ölkədən 449 cüdoçu iştirak etdi. Bu, dünya və Avropa çempionatları səviyyəsindədir. Beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizer ziyafətdə bildirdi ki, təşkilatçılıq ildən-ilə daha yaxşılaşır”.

Bunu allsport.az saytına açıqlamasında ACF-in vitse-prezidenti Sadıq Sadıqov dedi. Onun sözünə görə, Heydər Əliyev adına idman sarayının bəzədilməsində bayrağımızda olan rənglərin mənası əks olunub:

“Tərtibat gənclər və idman nazirini Azad Rəhimovun elə xoşuna gəldi ki, onun iyulda bu arenada keçiriləcək Avropa gənclərinin yay olimpiya festivalında qalmasını istədi. Bilirsiniz ki, bayrağımız bir çox məna daşıyır. Üstəlik, Ramazan ayıdır. O üzdən, dekorasiyada tariximiz, İslam dinimiz və müasir Bakının görünüşündən istifadə olundu”.

Həmin kateqoriyadan