- Baxış sayı: 69
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Bu gün paytaxtımızda Bakı-2015-in proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçirildi. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov yerli KİV-ə açıqlama verdi. Həmkarlarımızla söhbətdə, o, tədbirin təşkilini yüksək qiymətləndirdi:
«Bu gün biz möhtəşəm idman bayramına şahidlik etdik. 1-ci Avropa Oyunları ərəfəsində dağ velosiped parkının sınaqdan keçirdik. Burada iştirak edən xarici ölkələrin nümayəndələri təşkilatçılıqdan çox razı qaldılar. Onların təklifləri də oldu: yolları daha çətinləşdirmək və əlavə maneələr qoymaq. Qonaqların tövsiyyələrini nəzərə alacağıq.
İlk Avropa Oyunlarına hazırlaşan təşkilat komitəsi böyük işlər görür. Ərazini, idman qurğularını sınaqdan keçirdik. Velosipedçilər də özlərini yoxladılar. Bu idman növü, yarış bizim üçün yeni idi. 3 iştirakçımız vardı. Tutduqları yer onların səviyyəsinə uyğun idi. Nəticəni normal sayıram. Bu gün bizdə güclü iqtisadi inkişaf var.
İdmana dövlət qayğısı var. Veloparkda BMX stadionun tikintisi qaydasında gedir. İşlər fevralda yekunlaşacaq. Bu günlərdə biz ölkə başçısı cənab İlham Əliyev tərəfindən xoş xəbər aldıq. Azərbaycan Prezidenti göstəriş verdi, Su İdman Mərkəzinin yanında qapalı velosiped treki tikilsin. Velosiped üçün nə lazımdırsa, o da olacaq. Çünki ölkə rəhbərliyi daim bizi də dəstəkləyir».
K.HACI