Şahmat federasiyasından iki yeni əməkdaşlıq

Dekabrın 22-də Azərbaycan şahmat federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər, eləcə də federasiyanın hesabatı dinlənilib.

Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan şahmatçıları, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər təltif olunublar.

Tədbirin sonunda gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyası və respublika şahmat mərkəzi arasında mərkəzdən birgə istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və respublika şahmat mərkəzinin direktoru Elşən Məmmədov imzalayıblar.

Eyni zamanda federasiya ilə məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi arasında niyyət protokolu təsdiqlənib. Protokolu AŞF prezidenti Mahir Məmmədovla agentliyin direktoru Eşqi Bağırov imzalayıb.

Həmin kateqoriyadan