- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
22 iyul – Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə Bakıda “Demirchi Tower” biznes mərkəzinin konfrans zalında idman jurnalistlər arasında şahmat üzrə Media kuboku turniri təşkil edilib. Allsport.az saytı xəbər verir ki, “Report” infomasiya agentliyinin dəstəyi ilə keçirilən yarışın təşkilatçıları İdman Araşdırmalar Mərkəzi (İAM) ilə Azərbaycan Şahmat Federasiyası, sponsoru “Kolizey İnşaat” olub.
Tədbirin açılış mərasimində çıxış edən İAM-ın sədri Elşən Məmmədov yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, Media kubokunun keçirilməsində məqsəd jurnalistlər arasında münasibətləri və ünsiyyəti daha sıxlaşdırmaqla yanaşı, bu il paytaxtda baş tutacaq Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Federasiyasına daha fəal dəstək verməkdir.
Ardından turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Vitali Sapronov KİV nümayəndələri peşə bayramları münasibətilə təbrik edib. Qeyd edib ki, Media kubokunun təşkil olunduğu gün – 20 iyul, həm də – Ümumdünya Şahmat günüdür.
Daha sonra turnirin püşkü atılıb. 16 iştirakçı 1/8 final mərhələsindən olimpiya sistemi üzrə mübarizəyə başlayıb. Qaliblər növbəti mərhələyə yüksəlib və turnir bu qayda ilə final görüşünün nəticəsi bilinənədək davam edib. Məğlublar təsəllivericimatçlarla 3-cü yerin qalibini müyyənləşdiriblər. Cütlüklərin tərkibi və iştirakçıların hansı rəngli fiqurlarla oynayacaqları püşkatma yolu ilə müəyyənləşib. Hər bir qarşılaşma bir partiyadan ibarət olub. Rapid sistemi ilə keçirilən partiya zamanı iştirakçıların hərəsinə 15 dəqiqə vaxt verilib. Görüşlərin yekununda heç-heçə qeydə alındıqda, fiqurları dəyişmək şətilə hərəyə 5 dəqiqəlik vaxt verilməklə, blits oyun təşkil olunub.
Yekunda qalib adını Futbolinfo.az saytının redaktoru Ceyhun Əliyev qazanıb. Futbol+ qəzetinin əməkdaşı Sərxan Musalı 2-ci olub. 3-cü yeri ATV-nin redaktoru İlkin Fikrətoğlunu gərgin mübarizədə məğlub edən Allsport.az saytının baş redkatoru Kamran Hacı tutub. Həlledici qarşılaşmalarda ilk gedişləri Azərbaycan Şahmat Federasiyasının rəsmisi Yaşar Məmmədovla beynəlxalq qrossmeyster Rauf Məmmədov edib. Onlar həm də “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevlə birgə mükafatlandırma mərasiminə qatılıblar.
Milli komandamızın üzvü çıxışında bildirib ki, medianın şahmat növünə bu cür diqqəti müsbət haldır: “Bəzən olur ki, jurnalistlər şahmatdan dərin anlayışları olmadan yazırlar. Amma hansı jurnalist şahmat oynaya bilirsə, bu, bizim üçün də yaxşı olur. Artıq o, sadəcə, “Şahmatçı uduzdu” yazmır, bu görüşün necə çətin keçdiyini də əsaslandırır.
Fəxri qonaqlar bütün iştirakçılara diplom, ilk 3 yerin sahibinə isə pul mükafatı təqdim ediblər. Eyni zamanda Elşən Məmmədov İAM adından “Report”a və AŞF-yə təşəkkürnamə təqdim edib.
MEDİA KUBOKU
1/8 final
Teymur Tuşiyev (extratime.az) – Mehman Süleymanov (“Qəbələ” İK) – 1:0
Siyavuş Əliyev (İdman Azərbaycan) – İlkin Fikrətoğlu (ATV) – 1/2:1/2, 1:0
Mərdan Həsənov (newsport.az) – Kənan Məstəliyev (rekord.az) – 0:1
Sərxan Musalı (Futbol+) – Murad Axundov (1news.az) – 1:0
Zaur Xudiyev (apasport.az) – Rövşən Əhlimanoğlu (Report) – 1:0
Ceyhun Əliyev (futbolinfo.az) – İlkin Aslanov (sportmedia.az) – 1:0
Elgün Aslanov (SİA) – Murad Əliyev (Report) – 1:0
Kamran Hacı (İdman) – Rəşad Müseyibzadə – 1:0
1/4 final
Teymur Tuşiyev – Siyavuş Əliyev – 1:0
Kənan Məstəliyev – Sərxan Musalı – 0:1
Zaur Xudiyev – Ceyhun Əliyev – 0:1
Elgün Aslanov – Kamran Hacı – 0:1
1/2 final
Sərxan Musalı – Teymur Tuşiyev – 1/2:1/2, 1:0
Kamran Hacı – Ceyhun ƏIiyev – 0:1
TƏSƏLLİVERİCİ GÖRÜŞLƏR
1/4 final (“A”)
İlkin Fikrətoğlu – Murad Axundov – 1:0
Murad Əliyev – Zaur Xudiyev – 0:1
Siyavuş Əliyev – Kənan Məstəliyev – 1:0
Elgün Aslanov – İlkin Aslanov – 0:1
1/2 final (“B”)
Zaur Xudiyev – İlkin Fikrətoğlu – 0:1
İlkin Aslanov – Siyavuş Əliyev – 1/2:1/2, 0:1
İlkin Fikrətoğlu – Teymur Tuşiyev – 1:0
Siyavuş Əliyev – Kamran Hacı – 0:1
3-cü yer uğrunda
Kamran Hacı – İlkin Fikrətoğlu – 1:0
FİNAL
Ceyhun Əliyev – Sərxan Musalı – 1:0.