- Baxış sayı: 26
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Ölkə xaricində çıxış edən futzalçılarımız da dünəndən komandaya qoşulub. 1-2 nəfərdə yüngül problem var. Gecə komanda səfərə çıxır. Rumıniya yığmasının 4 – Mərakeşlə 2 yoldaşlıq, Danimarka və Finlandiya ilə seçmə mərhələ görüşünü izləmişik”.
Allsport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Barisov DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirəcəkləri ilə oyun öncəsi deyib.
“Taktiki baxımdan necə oynadıqlarını, müdafiədə necə hərəkət, nə zaman pressinq etdiklərini bilirik. Artıq oyunçulara da müəyyən fikirlərimizi çatdırmışıq. Son 2 məşqimizi Rumıniyada reallaşdıracağıq və son tapşırıqları da orada verəcəyik. Komanda ilə birgə oyun epizodlarına baxış olacaq. Şanslar 50-nin 50-yədir”